mobil versiya

Konfrans Liqası: “Neftçi” bu gün “Dinamo” ilə qarşılaşacaq



“Neftçi” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır.

Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarus “Dinamo”sunu (Minsk) qəbul edəcək.

Qarşılaşma “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi kiprli FİFA referisi Konstantinos Fellas olacaq.
Cütün qalibi növbəti mərhələdə “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:32