Konfrans Liqası: “Neftçi” ilə “Zirə”nin potensial rəqiblərinin siyahısı dəqiqləşib

Bu barədə UEFA məlumat yayıb.
Yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq “Neftçi”nin potensial rəqibləri “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa), “Apollon” (Kipr) klublarından, həmçinin, ilk təsnifat mərhələsində üz-üzə gələcək “Dinamo” (Albaniya) – “Astana” (Qazaxıstan), “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri olacaq.
1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılşacaq “Zirə”nin növbəti raunddakı potensial rəqibləri isə AEK (Kipr), “ÇFR Kluj” (Rumıniya), “Spartak” (Slovakiya) klublarından biri və ya “Heqelman” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi olacaq.
UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:28


























