mobil versiya

Tramp İran müharibəsinin çox tezliklə bitəcəyinə inandığını deyib






ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü İranın iştirak etdiyi müharibənin "çox Tezliklə" bitəcəyinə inandığını söylədi.

Jurnalistlərə danışan Tramp dedi: "Düşünürəm ki, bu, çox tezliklə bitəcək, çünki iranlılar belə davam edə bilməzlər".

Daha əvvəl Tramp İranla bağlı "hər şeyin son dərəcə yaxşı getdiyini" və ABŞ Müdafiə Naziri Pit Heqsetin fəaliyyətindən məmnun olduğunu bildirmişdi.

Sosial mediada paylaşım edən Tramp Heqsetin işini təriflədi və İranla münaqişə nəticəsində ABŞ raket ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar barədə fikir ayrılığına düşdükləri iddia edilən xəbəri yalan adlandırdı.

Tramp həmçinin İranın "ABŞ tərəfindən sarsıdıcı məğlubiyyətə uğradığını" və məqsədin İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini təmin etmək olduğunu söylədi.

Ayrı bir açıqlamada Tramp ABŞ-ın limitsiz sursat ehtiyatına sahib olduğunu və ölkənin ehtiyatlarının əla vəziyyətdə olduğunu söylədi. O əlavə etdi ki, Vaşinqton həmişə sursat ehtiyatlarını artırmağa çalışsa da, artıq çoxlu sayda silaha malikdir və dünyanın hər yerindən təchizat almağa davam edir.


Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:35