Yanvar-iyul aylarında ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 12 milyon 722,6 min ton təşkil edib. Bu da illik müqayisədə 12,1 faiz azalma deməkdir.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq 8 milyard 32,9 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkədən 14 milyon 470,6 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 7 milyard 660,2 milyon dollar təşkil edib.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:42


























