“Mənimlə cinsi əlaqəyə girməsən, yaşadıqlarımızı ailənə deyəcəyəm” – Zəhranın İNTİHAR SƏBƏBİ
Antalyada intim əlaqədə olmağa məcbur etdiyi keçmiş sevgilisi 19 yaşlı Zəhra Demirin, ailəsi ilə yaşadığı evin qapısı ağzında intihar etməsinə səbəb olduğu iddiası ilə ömürlük həbsi tələb edilən 18 yaşlı Süleyman Taruk sərbəst buraxılıb.
Reportyor.az Milli.Az-a istinadən xəbər verir ki, mərhum Zəhranın ailəsi və vəkili məhkəmin bu qərarını eşidincə həyatlarının şokunu yaşayıblar. Vəkil Hadi Cin prosesdə ağlayıb. Cin “Etiraz edirəm. Qadına şiddətin intihara səbəb olduğu məqamda məhkəmənin bu qərarını anlaya bilmirəm” deyib.
Kəpəz qəsəbəsinin Ahatlı Məhəlləsində yaşayan Zəhra Demir həmin məhəllədə qalan Süleyman Taruk ilə bir müddət yaxınlıq edib. Zəhra Demir münasibətlərinə son qoymağına baxmayaraq Süleyman Taruk gənc qızı rahat buraxmayıb. Tez-tez zəng edərək onu şantaj edəcəyi ilə hədələyib. Zəhra 10 dəfə telefon nömrəsini dəyişmək məcburiyyətində qalıb. Taruk axırıncı dəfə 28 sentyabrda Zəhra Demirə zəng edib. İddiaya görə, gənc qızı yenidən onunla cinsi əlaqədə olmayacağı təqdirdə yaşadıqlarını ailəsinə açıb deyəcəyi ilə təhdid edib.
Zəhranın intihar etdiyi gecə saxlanılan Süleyman Taruk hadisədən 6 gün sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Antalya şəhərində yerləşən Kəpəz dövlət xəstəxanası yaşı 18-dən aşağı olub, doğum edən uşaqlar ilə bağlı statistikanı açıqlayıb. Statistikaya görə, iki il ərzində sadəcə Antalya vilayətində 274 uşaq hamilə qalıb. Onların əksəriyyətinin yaşı 14-17 arasıdır.
KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 9-09-2019, 11:49