mobil versiya

Bin Salmanın bacısına 10 aylıq həbs cəzası verildi



Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin qızı şahzadə Həssa bint Salman Paris Məhkəməsi tərəfindən şərti 10 aylıq həbsə məhkum edilib. 

BAKU.WS xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Səudiyyənin vəliəhd şahzadəsi bin Salmanın bacısı olan Həssa otel işisinə edilən zorakılığı təşviq etməkdə təqsirli bilinib. 

Xatırladaq ki, şahzadə Həssa 2016-cı ildə Parisdəki lüks mənzilində işləmək üçün gətirilən işçini otaqlardan birinin şəklini çəkdiyi və sosial şəbəkələrdə yayacağı ehtimalı üzündən cangüdəninə döydürüb. Zərərçəkmişin sözlərinə görə, əlləri arxadan bağlanmış, dizüstə şahzadənin ayaqlarını öpməyə vadar edilmişdi. Şahzadə isə heç vaxt bu ittihamları qəbul etməyib.
KARUSEL / DÜNYA
Tarix: 13-09-2019, 15:06