mobil versiya

Qaşıqçının ölümündən bir neçə dəqiqə əvvəl ŞOK dialoqu - KİV-də ilk dəfə yayılır




Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı (Haşoqqi) ilə qatilləri arasında baş tutan dialoqun məzmunu açıqlanıb.
  
BAKU.WS
xəbər verir ki, bu barədə Türkiyənin "Daily Sabah" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, səudiyyəli jurnalistlə dialoq zamanı özünü İnterpolun əməkdaşı kimi təqdim edən 3 səudiyyəli olub. 

Qısa dialoqdan aydın olur ki, camal Haşoqqinin ölüdürülməsi əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olub. Jurnalistin qətlini təşkil etmək üçün şahzadə bin Salman tərəfindən 15 nəfərlik əməliyyat qrupu təşkil edilib. 

Dialoqda Səudiyyənin təhlükəsizlik xidmətinin rəsmisi Maher Əbdüləziz Mutrəb, doktor Salah Məhəmməd əl-Tubeyqi və naməlum digər şəxsin Camal Haşoqqi ilə danışıqları öz əksini tapıb. 

Haşoqqinin gəlişindən əvvəl Murtəb əl-Tubeyqidən soruşur ki, cəsədi çantaya qoymaq mümkündürmü? Doktor cavabında deyir ki, o böyükdür, hündürdür və çəkisi ağırdır. "Əslində, mən cəsədlərlə uzun müddətdir çalışıram. Mən kəsməyi çox yaxşı bacarıram. Hərçənd mən isti cəsəd üzərində heç vaxt işləməmişdim, amma bunu bacararam. Adətən mən qulaqcıqları taxıram və musiqi dinləyirəm".

Bu dialoqdan sonra Haşoqqi konsulluğa daxil olur. O, konsulluq ərazisində tanış sima görür. Bu, onun reaksiyasından da görünür. Ona deyilir ki, baş konsul Məhəmməd əl-Otaibi iş başındadır. 
 
Bundan sonra Haşoqqi konsulun ikinci mərtəbədəki kabinetinə nəzakətlə dəvət edirlər. Jurnalist nədənsə şübhələnməyə başlayanda onu zorla salırlar. Otaqda onu 3 nəfər qarşılayır. 

Mutrəb, doktor Salah Məhəmməd əl-Tubeyqi 
 
Mutrəb: Öz oğlunuz üçün mesaj qoyun.
 
Haşoqqi: Ona nə deyim?
 
Mutrəb: Gəlin düşünək, nəsə yazın. Sonra bizə göstərin.
 
Haşoqqi: Mən nə deməliyəm? Tezliklə görüşərik?
 
3-cü şəxs: Qurtar daha!
MANŞET / KARUSEL / SİYASƏT / DÜNYA / REDAKTOR SEÇİMİ
Tarix: 11-09-2019, 17:05