Təhvil verilən beş erməninin adı məlum oldu - YENİLƏNİB
Azərbaycanda cəza çəkən və bu gün Ermənistana təhvil verilən beş nəfər erməni hərbçinin adları məlum olub.
REPORTYOR.AZ "Trend"ə istinadən xəbər verir ki, Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirib ki, Azərbaycan sərhədlərini qanunsuz pozaraq Xocavənd rayonuna keçən və Hadrut qəsəbəsi istiqamətində saxlanılaraq həbs edilən Ermənistan vətəndaşları Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Sogomonyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.
***
19.10.2021
19.29
Bu dəqiqələrdə İrəvana uçan təyyarə Bakıdan havaya qalxıb.
“Caliber”in “Telegram” səhifəsinin məlumatına görə, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradov Ermənistana əliboş qayıtmır.
O, Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni hərbçini ölkələrinə aparır.
Məlumata görə, söhbət Azərbaycan ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir. Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərədə saxlanılan diversiya qrupunun üzvləridir. Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Hərçənd, onlara daha ağır cəza verilə bilərdi.
Ümumilikdə isə hadisəyə Azərbaycan və Ermənistan arasında cərəyan edən siyasi proseslərin tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL

Tarix: 20-10-2021, 08:00