mobil versiya

AMEA-dan müzakirələrə səbəb olan materialla bağlı CAVAB - FOTO/VİDEO - YENİLƏNİB




Azərbaycan Milli Elmlər Akademiyası AzTV-nin qurumun fəaliyyəti ilə bağlı materialın qurumun saytında yerləşdirilməsinə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkə.az-a açıqlamasında tənqidlərdən xəbərsiz olduğunu deyib:
“İndi Gürcüstanda beynəlxalq konfransdayam. Üç gündür, buradayam. Ona görə də eşitməmişəm, məlumatım yoxdur”, - İ.Həbibbəyli söyləyib.
Qurumun İnformasiya şöbəsinin müdiri Ağahüseyin Şükürov Ölkə.Az-a açıqlamasında tənqidi materialın bilərəkdən sayta yerləşdirildiyini deyib:
“Elə şey olarmı ki, sayta yazı qoyursan, amma bilmirsən ki, içərisində nə var?! Bizdə məlumatsızlıqdan elə şey ola bilməz”,- deyə o bildirib.
A.Şükürov əlavə edib ki, bu barədə daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, qurumun fəaliyyətinin sərt şəkildə tənqid edildiyi materialın AMEA tərəfindən həm də sosial şəbəkələrdə paylaşılması təəccüb doğurub. Bəzi sosial şəbəkə istifadəçiləri əməkdaşların materialın içərisinə baxmadan sayta yerləşdirilmiş ola biləcəyini yazıblar.



***08:31

AZTV Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini sərt tənqid edib.

BAKU.WS-in məlumatına görə, telekanal “Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı süjet efirə verib.

Süjeti təqdim edirik:



MANŞET / GÜNDƏM
Tarix: 26-07-2022, 14:50