mobil versiya

Tarixindən qan daman Fransa - Azərbaycanı Parisdə VURMAQ İSTƏYİRLƏR



Fransa ATƏT-in üz qarası oldu. Minsk Qrupunun tərkibində 30 ilə yaxın keçmiş Qarabağ münaqişəsinin nizamlanması istiqamətində üzərinə götürdüyü missiyanı yerinə yetirmək əvəzinə problemin həlli məsələsini gecikdirməklə Ermənistanın Azərtbaycan torpaqlarındakı işğalını əbədləşdirməkdə böyük "xidmətlər" göstərdi. Lakin Azərbaycanın 44 günlük Vətən mühartibəsi ilə 2 il öncə bu işğala son qoyması rəsmi Parisin əsl simasını ortaya çıxara bildi. 
Münaqişədən 28 il ötməsinə baxmayaraq ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Minsk qrupu münaqişəni nizamlamaq əvəzinə dondurmağa çalışdı. Danışıqlar gözdən pərdə asmaq xarakteri daşıyır, Ermənistan üçün cəzasızlıq mühiti təmin edirdi. Sonu görünməyən bu missiyaya Azərbaycan dayan deyərək, BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edib münaqişəni güc yolu ilə həll etdi.
Fransa Aİ-nin Cənubi Qafqazdakı maraqlarını sabotaj edir
Beləcə, Fransa Ermənistanın işğal siyasətini dəsətklədiyini açıq şəkildə büruzə verməyə başladı. Sanki, Azərbaycan yatmış ilanın üzərinə ayağını basdı. Firənglərin Azərbaycanın haqq savaşındakı tarixi zəfərini həzm etmədiklərini vaxtaşırı Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına öz dövlət və hökümət nümayəndələrini qeyri-qanuni yollarla göndərməklə, səsləndirdikləri bəyanatlarla, qatı ermənipərəst mövqeləri ilə nümayiş etdirdikləri azmış kimi, Fransa Senatının ölkə hökumətini Xankəndində humanitar ofisin yaradılması məsələsini gündəmə gətirməyə, "ərazi bütövlüyünü" təmin etmək üçün Ermənistana hər cür yardım göstərməyə, xüsusən də onun müdafiə qabiliyyətini gücləndirməyə çağırışları da bir yana, bu gün də Azərbaycan əleyhinə 6 bəndlik qətanmənin qəbul edilməsi istiqamətində hazırlıqların tamamlanması Fransanın məkirli niyyətini növbəti dəfə ortaya qoyur. 
Ermənistanla Azərbaycan arasında gerçəkləşən sülh danışıqlarının imitasiyasında maraqlı olduğunu açıq nümayiş etdirən Fransa hakimiyyəti, bununla regionda eskalasiya risikini artırmaqla Rusiyanın vasitəçiliyi ilə rəsmi İrəvanın Bakı qarşısında üzərinə götürdüyü öhdəliklərdən imtina etməsi üçün zəmin hazırlamağa çalışır.
Üçtərəfli bəyanatın müddəalarına əməl etməyən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, sülh gündəliyinə qarşı təxribatlar törədən Ermənistana açıq dəstəyini ifadə edən Makron hakimiyyəti, İrəvana sülhü manipulyasiya etmək  üçün dsətək verən ölkələr sırasında birincilərdəndir. 
Son vaxtlar Fransanın erməni sevgisinin aktivləşmə səbəbi ...
Səbəb gün kimi aydındır. Fransa Senatının 6 üzvünün təklif etdiyi qətnamə özündə Azərbaycana qarşı qərəzli, əsası olmayan ittihamları əks etdirir ki, orada Fransa və digər Aİ ölkələrini Azərbaycandan qaz və neft idxalına embarqo tətbiq etməyə çağırış öz əksini tapır. Anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatında qaldırılan məsələnin təsdiqlənəcəyi şübhə doğurmur. Amma Fransanın Avropanın "demokrtaiya beşiyi" olduğu bu andan, bu dəqiqədən sonra daha çox şübhə doğuracaq və bununla da Paris təsdiqləmiş olacaq ki, hələ də əcdadlarının müstəmləkəçilik, işğalçılıq siyasətini özləri üçün əsas prearitet hesab edirlər.
Bəli, Fransanın Ermənistanı dəstəkləməsi məsələsində məhz keçmişlərinin və bu günlərinin bənzər cəhətləri ilə də bağlamaq olar. İki işğalçı, iki cinayətkar rejimin bir-birinə on minlərlə, milyonlarla günahsız-dinc insanın qanına bulaşmış əlləri ilə bu qədər sarılmasının da səbəbi elə budur:
Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının oktyabrın 14-də Astanada keçirilən iclasında Azərbaycan Prezidenti çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məğul olmuş ATƏT-in Minsk qrupu və qrupun həmsədri kimi Fransanın vasitəçilik missiyasının obyektiv qiyməti bir daha vermiş oldu.
İlham Əliyevin Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsi və "Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib", deyərək Fransanı soyqırımında ittiham etməsi bu yaxınlarda bir müsahibəsində Azərbaycanı Ermənistana qarşı təcavüzkarlıqda ittiham edən mənəviyyatsız Fransa hakimiyyətinə növbəti tutarlı cavab oldu.
Fransanın soyqırımı, qətliam, müharibə cinayətləri
Əsrlər boyu Afrikanın 20-dən çox ölkəsində müstəmləkə siyasəti həyata keçirən Fransa İkinci Dünya Müharibəsindən sonra bu ölkələrə müstəqillik vermək məcburiyyətində qalıb. Lakin yenə də hərbi siyasi avtoritetini itirməmək üçün, həmin ölkələrdə münaqişə ocağı yaradıb ora yenidən sülhməramlı adı altında nəzarətini davam etdirib.
Nəzər yetirsək görərik ki, Rusiyanın Ukrayna ilə müharibə fonunda xeyli zəifləməsi, Cənubi Qafqazda nüfuzuna ciddi zərbə vurmasından yararlanmaq istəyən paris, eyni ilə Afrika ssenarisini bizim regionda gerçəklə.dirmək sevdasına düşüb. Beləcə, Azərbaycanla Ermənistan sərhəddində erməni silahlılarının aktiv təxribat planlarının da hansı qüvvələrin marağını xidmət etdiyi təxminləşdirmək olur.
Özünü humanist ölkə kimi təqdim edən Fransanın ötən illər ərzində iştirakçısı olduğu qanlı hadisələrə nəzər salsaq, Fransanın öz coğrafiyasının kandarında heç bir yerdə sülh-sabitlik tərəfdarı olmadığını aydın sezə bilərik. 
132 il Əlcəzairin qanını sümürən Fransa burada ən qəddar müstəmləkə siyasətini həyata keçirib. 1830-cu ildən 1962- ci ilə qədər Əlcəzair Fransanın müstəmləkəsi olub. 1954-1962-ci illəri əhatə edən 8 illik azadlıq mübarizəsi nəticəsində Əlcəzair müstəqillik əldə etsə də, 1.5 milyon dinc insan amansız Fransa tərəfindən öldürülüb, 100 minlərlə insanağır xəsarətlər alıb.
6 aprel 1994- cü ildə Ruanda prezidenti Juvenelya Xabiarimana və Brundi prezidenti Siprien Ntaryamiranın içində olduğu təyyarə Ruanda paytaxtı Kiqali yaxında vurulub. Bu andan etibarən təxminən 100 gün davam edən Ruanda soyqırımı başlayıb. Nə qədər daxili azadlıq müharibəsi olsa da Fransanın müdaxiləsindən hər kəsin xəbər var. Belə ki, təhlükəsiz zona yaratmaq adı altında hərbi əməliyyat həyata keçirilib və nəticədə 800 min nəfər yerli tutsi qəbiləsindən insan həlak olub.
Fransanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində də xeyli sayda insan tələfatı qeydə alınıb. Çad-Epervier əməliyyatı - Çad və Liviya arasında baş verən müharibə zamanı Fransanın 1986-cı ilin fevralında Liviyaya qarşı başlatdığı hərbi əməliyyatdır ki, düz 28 il (2014-cü ildə başa çatıb) davam edib.
Fransa tarixində bu cür qanlı-qadalı cinayətlərlə dolu səhifələr çoxdur. Baxmayaraq ki, bu ölkənin insanlığa xidmət etmiş çox böyük dahilərini da dana bilmərik. Lakin beynəlxalq münaqişlərin həllində başlıca hakim rolunu oynamaq istəyən rəsmi Paris ölkə tarixində törədilən silsilə cinayətlərdən nəticə çıxarana bənzəmir. Fransa haqq-ədalətə qarşı davranış və çıxışları ilə ölkənin müasir tarixində yeni cinayətlərin müəllifinə çevrilməkdə davam edir./milli.az


MANŞET / SİYASƏT
Tarix: 15-11-2022, 20:00



Şərh bildir
yenilə, əgər kod görünmürsə