mobil versiya

Əvəz Zeynallını Vergilər Nazirliyinə çağırdılar: məhdudlaşdırma qaldırılır - SON DƏQİQƏ




Vergi borcunun olması səbəbi ilə ölkədən çıxışına məhdudiyyət qoyulan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Vergilər nazirliyinə (indiki statusu ilə İqtisadiyyat nazirliyi) dəvət olunub.

Musavat.com xəbər verir ki, bu barədə baş redaktor özü məlumat yayıb: "... 4 idarə rəisinin iştirakı ilə müzakirə apardıq. İsrarla dedilər ki, qərəz, sifariş və şəxsi məsələ ilə əlaqədar deyil məhdudlaşdırma. Mən də arqumentlərimi dedim, onlar da dedilər. Əsas məsələ dərhal məhdudlaşdırmanın qaldırılmasıdır. Dedilər, olacaq. Səhər saat 12.00-da bir də görüşəcəyik. Vəkilimlə gedəcəyəm..."

Xatırladaq ki, Əvəz Zeynallı Türkiyəyə getmək istəyərkən dünən hava limanından geri qaytarılıb. Buna da səbəb guya üzərində vergi borcunun olması göstərilib. Jurnalist bu faktı qərəzli və siyasi sifariş olaraq qiymətləndirib.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 11-11-2019, 18:51