Dağıstanda polis azərbaycanlılara atəş açdı - ölən və yaralılar var: VİDEO+YENİLƏNİR
Azərbaycana dönmək istəyən və artıq aylardır Dağıstanda ağır şəraitdə yaşayan vətəndaşlarımıza OMON atəş açıb.
Bu dəqiqələrdə AFN-in redaksiyasına məlumat verən hadisə şahidləri bildiriblər ki, Dağıstanın Məhərrəmkənd rayonunun Kullar qəsəbəsinin yaxınlığında səhra şəraitində yaşayan vətəndaşlarımız sərhəddə yaxınlaşmaq istəsələr də, OMON buna imkan verməyib: "Vəziyyət o həddə çatıb ki, polis atəş açıb və nəticədə ölən var. Dəqiqləşdirilməmiş məlumata görə, 2 nəfər ölüb. Amma yaralananlar da çoxdur".
Gec saatları olduğu üçün məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini almaq mümkün olmadı. Hadisə barədə geniş məlumat verəcəyik.
Olay yerindən videoları təqdim edirik:
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 16-06-2020, 03:35