mobil versiya

TƏBİB-in mətbuat katibinin ailə üzvləri koronavirusa yoluxub - özü tədbirə buraxılmadı




TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva dünən keçirilən Operativ Qərargahın brifinqinə buraxılmayıb.

Musavat.com xəbər verir ki, tədbir işçilərinin girişdə qızdırması ölçülən zaman Rəvanə Əliyevanın temperaturu yüksək olub. 

R.Əliyeva təkrar yoxlamadan keçirilib və qızdırması yüksək olduğu üçün tədbirə buraxılmayıb.

Məlumata görə, Rəvanə Əliyevanın anası və daha bir neçə ailə üzvü koronavirusa yoluxub. Onlar karantinə alınıb.

Rəvanə Əliyevanın koronavirus testi verdiyi və virusa yoluxmadığı bildirilir.

Musavat.com olaraq R.Əliyeva ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərinə cavab vermədi.

MANŞET / MARAQLI / SON XƏBƏR / BANNER / ÖLKƏ
Tarix: 19-06-2020, 12:54