mobil versiya

Müğənni Roza Zərgərli yeni açıqlaması ilə diqqət çəkib.




REPORTYOR.AZ xəbər verir ki, sənətçi plastik-cərrah Elnur Mehrəlini məhkəməyə verəcək. Buna səbəb həkimin Zərgərlinin bədənində dolğu olduğunu iddia etməsidir. 

Bundan hiddətlənən Roza "Tam vaxtıdır" proqramında cərrahın iddialarına cavab verib. İfaçı onun klinikasına müayinəyə gələcəyini, bədənində dolğu tapılmadığı təqdirdə ondan 10 min manat alacağını deyib.

Cərrah bu pulu ödəməsə ifaçı onu məhkəməyə verəcək.

Qeyd edək ki, rejissor Nail Naiboğlunun yutub layihəsinə qonaq olan plastik-cərrah Elnur Mehrəli Zərgərlinin bədənində plastik əməliyyatla dolğu edildiyi fikrini təsdiqləyib. 



MARAQLI / KARUSEL
Tarix: 14-04-2022, 10:10