mobil versiya

Meymunçiçəyinə qarşı ilk dərman hazırlandı



Rusiyada meymunçiçəyini müalicə edən dərman hazırlanıb.


Medicina.az Rusiya mediasına istinadən bildirir ki, "NIOKh-14" adlı dərman Novosibirsk Üzvi Kimya İnstitutu ilə birlikdə Vektor Tədqiqat Mərkəzində ərsəyə gətirilib.



Faza I klinik sınaqlar 18 yaşdan 50 yaşa qədər olan 90 könüllü üzərində də uğurla həyata keçirilib. Keçirilən testlər dərmanın xəstəliyə qarşı mübarizədə effektiv olduğunu, virusun bədəndə yayılmasının qarşısını aldığını və əlavə təsirlərinin olmadığını göstərib.


Qeyd edək ki, "NIOKh-14" meymunçiçəyinə qarşı yaradılmış ilk dərman hesab olunur.

MARAQLI / GÜNDƏM
Tarix: 6-10-2022, 18:25