Ən iri kriptobirjanın yaradıcısına 100 ildən artıq həbs cəzası verilə bilər
Dünyada ən iri kriptobirjanın – FTX-nin yaradıcısı Sem Benkman-Frid dələduzluq və “çirkli pulların yuyulması” ilə bağlı yeddi cinayətdə Nyu-York məhkəməsi tərəfindən təqsirkar hesab olunub.
12 nəfərdən (9 qadın və 3 kişi) ibarət məhkəmə andlıları bir ay davam edən və gedişatında ABŞ Federal prokurorluğu tərəfindən minlərlə insandan pul oğurlayan 31 yaşlı müttəhimi dələduz kimi təqdim etdiyi məhkəmə prosesindən sonra cümə axşamı qərar çıxarıb. İndi bütün bunlara görə Benkman-Fridi maksimal müddətdə – 100 ildən çox azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Müttəhim özünə bəraət qazandıraraq vurğulayıb ki, onun pis niyyəti olmayıb. Lakin o, qarşıya qoyulan məsələ və risklərin öhdəsindən gəlmədiyini etiraf edib.
FTX dünyada ən iri kriptovalyuta platformalarından biri olub və vaxtilə 30 milyard dollardan çox dəyərləndirilib. Kriptobirja 2022-ci ilin noyabrında, şirkətin ödəmə qabiliyyətini şübhə altına salan xəbərlər fonunda istifadəçilərin əksəriyyəti öz vəsaitlərini çıxarmağa tələsdikləri bir vaxtda fəaliyyətini dayandırıb.
Benkman-Fridi FTX-nin müştərilərindən təxminən 9 milyard dollar vəsaiti digər məqsədlərə yönəltməkdə ittiham edirlər. Mart ayında onu daha bir analoji proses gözləyir ki, həmin məhkəmə prosesində komissiya onu qiymətli kağızlar və birjalar (SEC) üzrə dələduzluqda ittiham edəcək.(azərtac)
MARAQLI / KARUSEL
Tarix: 3-11-2023, 17:57