"Diqqətli olun, etibar etməyin" - Dəmir Yolları saxta biletlərlə bağlı xəbərdarlıq edib

Son günlər "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) vətəndaşlardan Bakı–Tbilisi–Bakı marşrutu ilə səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.
Bu barədə "Azərbaycan Dəmir Yolları" xəbər yayıb.
“Bununla bağlı hüquq-mühafizə orqanlarına tərəfimizdən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir.
Bir daha bildiririk ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır.

Biletləri yalnız QSC-nin rəsmi saytı, "ADY Mobile” tətbiqi, dəmiryol kassaları vasitəsilə əldə etməyi tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:41


























