mobil versiya

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri AZAL rəhbəri ilə görüşüb




"Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri İssam bin Saleh əl-Cüteyli ilə bu gün keçirilən görüşümüzdə ölkələrimiz arasında dostluq münasibətləri və aviasiya sahəsində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi apardıq".

Bu barədə Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti və İdarə Heyətinin sədri Samir Rzayev sosial media hesabında məlumat verib. 

AZAL rəhbəri deyib ki, görüşdə regionda baş verən geosiyasi proseslərin hava nəqliyyatına təsirini və Azərbaycan Hava Yollarının Səudiyyə Ərəbistanına uçuşları ilə bağlı mövcud vəziyyət müzakirə edilib. Həmçinin Azərbaycan Hava Yollarının inkişaf strategiyası, donanmanın genişləndirilməsi və marşrut şəbəkəsinin inkişafı barədə danışılıb. 

"İnanıram ki, birgə səylərimiz Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aviasiya əlaqələrinin genişlənməsinə və sərnişinlər üçün yeni səyahət imkanlarının yaranmasına xidmət edəcək".

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:54