mobil versiya

Dünyanın ən bahalı şəhərləri- “The Economist” açıqlayıb



“The Economist” jurnalı dünyanın ən bahalı şəhərlərinin reytinqini dərc edib.
Sürix və Sinqapur şəhərləri reytinqdə birinci və ikinci yerləri bölüşür. İlk onluğa daxil olan digər üç Avropa şəhəri – Cenevrə, Paris və Kopenhagen kimi, İsveçrənin maliyyə şəhəri də yüksək inflyasiya səviyyəsinə görə bir il ərzində beş pillə yüksələrək siyahının ön sırasında yer alıb. Sinqapur isə sorğunun son on bir ilinin doqquzunda birinci yeri tutub.
Ümumilikdə 173 şəhərdə 200 məhsulun və xidmətin qiymətini tədqiq edən ekspertlər bu il yaşayış qiymətlərinin orta hesabla 7,4 faiz artdığını qeydə alıb.
Qeyd edək ki, 2022-ci ildə Sinqapurla birgə dünyanın ən bahalı şəhəri statusunu qazanan Nyu-York da ABŞ-ın digər meqapolisləri kimi reytinqdə geriləyib. Yeni siyahıda Nyu-York şəhəri Cenevrə ilə birgə üçüncü və dördüncü, Los-Anceles altıncı, San-Fransisko onuncu pillədə qərarlaşıb. Həmçinin bu ilin ən bahalı şəhərləri reytinqində Honkonq beşinci, Paris yeddinci, Təl-Əviv səkkizinci, Kopenhagen isə doqquzuncu yeri tutub.
Tehranı qabaqlayan Dəməşq isə 2023-cü ildə dünyanın ən ucuz şəhəri olub. Ən böyük eniş isə milli valyutasının dəyər itirdiyi Rusiya şəhərlərində baş verib. Yuanın devalvasiyası və koronavirus pandemiyası Çin şəhərlərinin də mövqelərini itirməsinə səbəb olub(azərtac).

MARAQLI / KARUSEL
Tarix: 1-12-2023, 15:31