Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısında
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb.
Siyahını “CNN Travel” tərtib edib.
Qeyd olunub ki, düşbərə Azərbaycanın milli xörəklərindəndir: “Düşbərinin hazırlanması üçün nazik xəmir kiçik hissələrə bölünür və içinə qoyun və ya mal ətindən qiymə qoyulur. Sonra xəmir bağlanır. Düşbərə suda bişirilir. Sarımsaqlı qatıq və ya sirkə ilə yeyilir. Üzərinə quru nanə də səpilə bilir”.
Siyahıda Polşa mətbəxinə məxsus Pieroqi, Hindistanın milli yeməyi olan Modak, Rusiyanın Pelmenni, Türkiyə və Mərkəzi Asiyadan mantı, italyanların ravioli yeməyi və digərləri də var.
MARAQLI / KARUSEL
Tarix: 29-03-2024, 17:32