Türkiyənin Baykar şirkəti "dünyanın ən yaxşı 100 müdafiə sənayesi" şirkəti siyahısında
Türkiyənin Baykar şirkəti, Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatının (SİHA) ixracı ilə "dünyanın ən yaxşı 100 müdafiə sənayesi" şirkəti siyahısına daxil olub.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci il gəlirlərinə əsaslanan qlobal hərbi xərclər hesabatını açıqlayıb. Dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısına dörd türk şirkəti daxil olub.
Türkiyə müdafiə sənayesi daxilində pilotsuz uçuş aparatları istehsal edən Baykar, xüsusilə son illərdə ixracat uğurları ilə bu sahədə böyük uğur əldə edib.
Baykar, SIPRI-nin 2022-ci il araşdırması ilə ilk dəfə beynəlxalq siyahıda yer alıb. Şirkət 2022-ci ildə gəlirlərini bir əvvəlki ilə nəzərən 94 faiz artıraraq 1 milyard 420 milyon dollarla siyahıda 76-cı sıranı tutub. Beləliklə, ilk 100 şirkət arasında satış gəlirlərini ən çox artıran şirkət olaraq diqqət çəkib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) keçən il ən çox silah və hərbi avadanlıqlar satan ilk 100 müdafiə sənayesi şirkəti siyahısına dörd türk şirkəti daxil olub.
Siyahıda ASELSAN 60-cı, Baykar 76-cı, Türk Aerokosmik Sənayesi (TUSAŞ) 82-ci, Roketsan isə 100-cü yerdə qərarlaşıb.
Türkiyə şirkətlərinin ümumi gəlirləri keçən il, 2021-ci ilə nisbətən 22 faiz artaraq 5,5 milyard dollara çatıb.
Qeyd edək ki, 1966-cı ildə yarandığı gündən bəri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) münaqişə, silahlanma, silahlara nəzarət və tərksilah kimi sahələrdə araşdırmalar, hesabatlar və təhlillər hazırlayır.(trend)
KARUSEL / DÜNYA

Tarix: 4-12-2023, 16:22