mobil versiya

Güclü geomaqnit qasırğası baş verəcək



Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.


Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən xəbərə görə, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda, X (R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır. Bu gün saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geomaqnit sahəsində qasırğalar müşahidə olunacaq. Oktyabrın 5-6-da geomaqnit qasırğalar G3 (güclü) səviyyədə baş verəcək. Oktyabrın 6-dan etibarən geomaqnit qasırğasının zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

MARAQLI / KARUSEL
Tarix: 4-10-2024, 14:14