Səfirlik İnsan Qardaşlığı Sənədi mövzusunda görüş keçirib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində İnsan Qardaşlığı Sənədi mövzusunda onlayn görüş keçirib.
Səfir Məhəmməd əl-Bluşi qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri, onun rəhbərliyi və xalqı tolerantlığın, harmoniyanın, hörmətin birliyini təmsil edir.
“Əmirliklər sülh və dini tolerantlıq ölkəsidir - burada hər kəs müxtəlif dinlərə və inanclara baxmayaraq, bir-biri ilə harmoniya və dinc yanaşı yaşamaq şəraitində yaşayır”, - deyə səfir bildirib. Diplomat vurğulayıb ki, gənc nəsil İnsan Qardaşlığı Sənədinin müddəalarını bilməlidir.
2019-cu il fevralın 4-də Əbu-Dabidə Əl-Əzhər əl-Şərifin Şeyxi, Böyük İmam Dr.Əhməd əl-Tayib və Katolik Kilsəsinin Papası Fransisk arasında keçirilən tarixi görüşü xatırladan səfir, BMT səviyyəsində 4 fevral gününün Beynəlxalq İnsan Qardaşlığı Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Səfir bildirib ki, məhz həmin tarixdə bu sənəd imzalanıb.
Görüşdə filologiya üzrə fəlsəfə doktoru Hüseynova Ülviyyə və tələbələri ərəb dilində mövzuya dair fikirlərini bölüşüb, şeirdeyiblər.
ÖLKƏ / CƏMİYYƏT