mobil versiya

“Göygöldə Üçtəpə kəndində içməli su sisteminin quraşdırılması” layihəsinin təqdimat mərasimi keçirilib


Göygöl rayonunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Göygöl rayonu Üçtəpə kəndində içməli su sisteminin quraşdırılması” layihəsinin təqdimat mərasimi həyata keçirilib.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Paşayev Elvin və benefisiar təşkilat olan Gənc Liderlər Təhsil Təlim və İnkişaf İctimai Birliyinin nümayəndələri iştirak edib.
Bu layihədə əsas məqsəd, Göygöl rayonunun Üçtəpə kəndində su toplama nöqtəsi, su çəni, su borusu (4,300 metr), 3 bulaq (tap- stand) ilə təmin olunmuş su sisteminin inşasıdır. Bu layihənin icrası nəticəsində, Göygöl rayonunun Üçtəpə və Yeni Qızılca kəndlərinin su sisteminin vəziyyətinin yaxşılaşdırılması ilə yerli əhalinin gündəlik həyat və gigiyenik şəraitinin yaxşılaşdırılmasına nail olmaq nəzərdə tutulur. Bu layihənin icra olunması üçün Yaponiya hökuməti təqribən 136,741 manat (80,911 ABŞ dolları) məbləğində qrant ayırıb.
İndiyə qədər Azərbaycan Respublikasında ”Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş layihələrin ümumi sayı 283 olmaqla, ümumi qrant məbləği isə 23,890,000 ABŞ dollarını keçib.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respulikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. 
SAĞLAMLIQ / SOSİAL
Tarix: 5-12-2022, 19:12