mobil versiya

Azərbaycanda COVID-19-la əlaqəli son epidemioloji durum



“Soyuq ayların başlamasına baxmayaraq koronavirusa yoluxma sayında sıçrayışlı artımın olmaması arzu olunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, son dövrlərdə koronavirusa yeni yoluxma hallarının minimal rəqəmlərdə dalğalandığı müşahidə edilir: “Aktiv xəstə sayı da müəyyən intervalda artıb-azalır. Soyuq ayların başlamasına baxmayaraq yoluxma sayında sıçrayışlı artımın olmaması arzu olunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir”.
“Əgər dövriyyəyə yeni, əldə olunmuş kütlə immunitetindən əhəmiyyətli dərəcədə yayına bilən mutant ştam daxil olmazsa, vəziyyətin bu cür davam edəcəyi qənaətinə gələ bilərik. Əhaliyə tövsiyəmiz bütün pandemiya dövründə olduğu kimi dəyişməz qalır”, - nazirlik rəsmisi söyləyib.
Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında nisbətən artım qeydə alınır. Aktiv xəstə sayı 500-ün üzərindədir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 29-12-2022, 17:03