“Omikron”un müasir versiyaları ümumi xüsusiyyətlərə malikdir” - ÜST
Koronavirusun “omikron” ştamının müasir variantları yuxarı tənəffüs yollarında təkrarlanma və immunitetə qarşı davamlı olmaq qabiliyyəti kimi ümumi xüsusiyyətlərə malikdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ölkələrin bununla əlaqədar hələlik ictimai səhiyyə tədbirlərində dəyişiklik etməsinə ehtiyac yoxdur.
ÜST-dən bildirilib ki, virusoloqlar və digər elm adamları “omikron”un yeni variantlarını izləyirlər: "Narahatlıq doğuran variant yalnız ictimai səhiyyə tədbirlərində dəyişiklik tələb edəcək dərəcədə ciddi olarsa, ona yeni ad veriləcək".
SAĞLAMLIQ / KARUSEL
Tarix: 24-01-2023, 16:34