mobil versiya

Son sutkada 35 yoluxma faktı qeydə alınıb



Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 35 yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 min 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 654 nəfər müalicə olunaraq sağalıb, 10 min 85 nəfər vəfat edib. Aktiv xəstə sayı 205 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 256, bu günə qədər isə ümumilikdə 7 milyon 487 min 550 test icra olunub.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 31-01-2023, 16:38