Son sutkada Azərbaycanda 84 nəfər koronavirusa yoluxub
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, indiyədək ölkədə ümumilikdə 825 min 821 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 219 nəfər müalicə olunaraq sağalıb, 10 min 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 600 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 506, bu günə qədər isə ümumilikdə 7 milyon 416 min 537 test icra olunub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 23-12-2022, 19:14