mobil versiya

Azərbaycanda COVID-19 infeksiyasına 59 yoluxma faktı qeydə alınıb



Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 min 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 388 nəfər müalicə olunaraq sağalıb, 10 min 75 nəfər vəfat edib. Aktiv xəstə sayı 275 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 908, bu günə qədər isə ümumilikdə 7 milyon 475 min 435 test icra olunub.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 24-01-2023, 17:38