mobil versiya

Səhiyyə Nazirliyi valideynlərə müraciət edib




“Soyuq aylarda respirator virus infeksiyalarının çox yayıldığı müddətdə xəstə uşaqların bağçaya, məktəblilərin isə dərsə getməmələri tövsiyə olunur”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov dəyişkən havalarda virusdan qorunmadan danışarkən deyib.
O bildirib ki, soyuq aylarda geyimlər düzgün seçilməlidir: “Hətta işləyən şəxslərin də bir müddət ev şəraitində müalicə almaları tövsiyə edilir. Çünki xəstə insanın 2-3 gün evdə qalıb ən azından yoluxuculuq müddətinin bitməsini gözləmək məqsədəuyğundur. İnanırıq ki, yaza doğru xəstə insanların sayı azalacaq və indiki kimi təşviş də olmayacaq. Payız-qış mövsümündə xəstələnmə sayının çox olması təbiidir. Sadəcə bu dövrdə məsuliyyətli olmaq lazımdır. Xəstə insanlarla təmasda olan şəxs qoruyucu maskadan istifadə etməli və digər gigiyenik qaydalara ciddi əməl edilməlidir”.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 8-02-2023, 16:51