Qənirə Paşayevanın vəziyyəti açıqlanıb
Ötən gün komaya düşən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağırdır.
Bunu onun yaxınları bildirib.
Qeyd olunub ki, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur və stabil-ağır olaraq qalır.
Hazırda Mərkəzi Klinik Xəstəxanada deputatın müalicəsi davam etdirilir.
Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
O, süni tənəffüs aparatına qoşulub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 25-09-2023, 11:04