TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrinin adları dəyişdirilib.
Bu barədə qurumdan məlumat verilib.
Mərkəzin strukturuna daxil edilən bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb.
Bu tibb müəssisələrinin adları dəyişdirilib
Adları dəyişdirilən tibb müəssisələri | ||||
№ | Rayon | Tibb müəssisəsinin əvvəlki adı | Tibb müəssisəsinin yeni adı | Ünvan |
Binəqədi rayonu | 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri | 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri | 8-ci mkr., Nizami Nərimanov küç. 3 | |
9 nömrəli Qadın Məsləhətxanası | 6 nömrəli Qadın Məsləhətxanası | Azadlıq pr. 200 | ||
Xətai rayonu | 10 nömrəli Qadın Məsləhətxanası | 4 nömrəli Qadın Məsləhətxanası | Gəncə pr. 13 | |
Xəzər rayonu | 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | Buzovna qəsəbəsi, Ruhulla Axundov küç. 2 | |
29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | Binə qəsəbəsi, Fuad Aynulov küç., döngə 56 | ||
9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası | 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası | Mərdəkan qəsəbəsi, Zulkayda Zulkaydayev küç. 15 | ||
7 nömrəli Vərəm Əleyhinə Dispanser | 6 nömrəli Vərəm Əleyhinə Dispanser | Buzovna qəsəbəsi Heydər Eyvazov küç. 24 | ||
Qaradağ rayonu | 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küç. 39 | |
Nərimanov rayonu | Respublika Uşaq Stomatoloji Mərkəzi | 5 nömrəli Uşaq Stomatoloji Poliklinikası | Təbriz küç. 172 | |
Nəsimi rayonu | 29 nömrəli Şəhər Poliklinikası | 4 nömrəli Tələbə Poliklinikası | Abbas Səhhət küç. 41A | |
Nizami rayon | 11 nömrəli Uşaq Vərəm Xəstəxanası | 1 nömrəli Uşaq Vərəm Xəstəxanası | 8-ci km, Məmmədəli Şərifli küç. 161 | |
Sabunçu rayonu | 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası | Ramana kəndi, Əbdürrəhim bəy Haqverdiyev küç. 1 | |
22 nömrəli Uşaq Poliklinikası | 18 nömrəli Uşaq Poliklinikası | Bakıxanov qəsəbəsi Murad Nağıyev küç. 40\6 | ||
Suraxanı rayonu | 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanası | 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası | Əmircan qəsəbəsi, Tofiq Bayram küç. 2 | |
Xətai rayonu | 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası | 1 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası | Zığ qəsəbəsi, Zığ şosesi 36 | |
Yasamal rayonu | 30 nömrəli Şəhər Poliklinikası | 5 nömrəli Tələbə Poliklinikası | BDU, Zahid Xəlilov küç. 23 |
SAĞLAMLIQ / KARUSEL
Tarix: 15-02-2024, 12:19