Bədxassəli şişlərin 35-40%-i keyfiyyətsiz qidalanma ilə bağlıdır
Bədxassəli şişlərin yaranmasının 35-40%-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.
Onun sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 27-02-2024, 15:36