Niyə idmançılar ürək tutması və infarktdan ölürlər?
Bu günlərdə Bakıda cavan idmançı, fitnes müəllimi ürək tutmasından ölüb. Peşəkar idmanda bu ilk belə hadisə deyil.
Rusiyanın tanınmış idmançısı bodibilder Vladimir Turçinskiy 46 yaşında ürək tutmasından, digər bodibilder Aleksey İmeryakov 26 yaşında damar partlamasından ölüb. ABŞ-da və digər ölkələrdə də belə hadisələr dəfələrlə baş verib.
Nə üçün idmançılar və xüsusilə bodibilderlər cavan yaşlarda ürək tutması və infarktdan ölürlər? Axı biz idmançıları sağlamlıq və güc rəmzi kimi görməyə öyrəşmişik!
REPORTYOR.AZ saglamolun.az-a istinadən bildirir ki, bütün dünyada həkimlər xəbərdarlıq edir ki, gərgin və uzunmüddətli idman məşğələləri sağlamlığa nəinki fayda vermir, əksinə ziyan vurur. Belə ağır yükləmələr ürəyi zəiflədir, vaxtından tez qocaldır, təzyiqi qaldırır ki, nəticədə ürək tutması və infarktın riski də artır.
Bundan əlavə peşəkar bodibilderlər əzələ kütləsini sürətlə artırmaq üçün xüsusi preparatlar (anabolik steroidlər) qəbul edirlər. Bu preparatlar da ürək-damar sisteminə ciddi ziyan vurur - damarları zəiflədir, qanı qatılaşdırır, damarlarda trombların əmələ gəlməsinin riskini artırır.
İdmanla məşğul olanlar bunları bilməlidir. Gözəl bədən quruluşu bəzən çox böyük qurbanlar tələb edir...
SAĞLAMLIQ / KARUSEL / GÜNDƏM
Tarix: 7-01-2020, 12:30