Test və vaksin çatışmazlığı Afrikada meymunçiçəyi virusuna qarşı tədbirləri çətinləşdirir
Meymunçiçəyi virusunun yeni ştamının yayılmasının qarşısını almaq üçün Afrikaya daha çox diaqnostik dəstlər, müalicə metodları və peyvəndlər göndərilməlidir.
Bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndəsi Bronvin Nikol bildirib.
Onun sözlərinə görə, bütün qitədə kəskin test və peyvənd çatışmazlığı hiss olunur ki, bu da yoluxma hallarının artmasının qarşısını almağı ciddi şəkildə çətinləşdirir.
Səhiyyə nümayəndələri cümə axşamı İsveçdə yeni meymunçiçəyi ştamının səbəb olduğu infeksiyanın mövcud olduğunu təsdiqlədilər, bu, onun Afrikadan kənarda yayılmasının ilk əlamətidir(azərtac).
SAĞLAMLIQ / KARUSEL
Tarix: 17-08-2024, 11:25