Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb
2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi var ki, onlardan 13.666 nəfəri keçən il qeydiyyata alınanlardır.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Rəsmi statistikaya görə, hər il xəstələr arasında qadınların sayı artır. Belə ki, 2023-cü ildə qeydə alınan 13,666 onkoloji xəstənin 7,224-ü qadındır.
Döş xərçəngi ölkədə ən çox diaqnoz qoyulan onkoloji xəstəliklər sırasında birinci yerdədir (2023-cü ildə 2541 hal). Sonrakı yerlərdə traxeya, bronxlar və ağciyər xərçəngi (1461 hadisə), mədə xərçəngi (1363 hal), düz bağırsaq xərçəngi (775 hadisə), qida borusu xərçəngi (504 hadisə) və s. gəlir.
Onkoloji xəstəliklər daha çox 40 yaşdan yuxarı vətəndaşlarda aşkar edilir.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 62 385 onkoloji xəstə qeydiyyatda olub.("AzPolitika.info")
SAĞLAMLIQ / KARUSEL

Tarix: 2-09-2024, 17:43