COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin vermə müddəti uzadılıb
“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu müddət 1 yanvar 2025-ci ilə kimi uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət 2024-cü il oktyabrın 1-dək nəzərdə tutulmuşdu.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 22-10-2024, 18:01