Ölkəyə növbəti partiya meymunçiçəyi testləri gətiriləcək
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi meymunçicəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün PCR kitləri satın alır.
Bu barədə dövlət satınalmalarının vahid internet portalında qeyd edilib.
5000 dəst PCR dəstinin, yaradan nümunə götürmək üçün 3000, burun/boğaz sahəsindən nümunə götürmək üçün 5000 ədəd virus daşıyıcı tübün, eləcə də virusların nukleyin turşusunun avtomatik üsulu ilə isolasiyası üçün 5000 dəst reagentin gətirilməsi nəzərdə tutulub.
Qurum dəstlərin çatdırılması işlərini “Labservis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 106.554 AZN (106 min 554 manat) olan müqavilə bağlayıb.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 4-11-2024, 14:37