mobil versiya

Çin meymunçiçəyi virusu ilə bağlı ölkəyə daxil olan insanlara və mallara nəzarəti gücləndirir




Çin meymunçiçəyi virusunun yayılması ilə əlaqədar növbəti 6 ay ərzində ölkəyə daxil olan insanlara, həmçinin mal və məhsullara nəzarəti gücləndirəcək.
Bu barədə “Reuters” məlumat yayıb.
Buna səbəb son vaxtlar ayrı-ayrı ölkələrdə virusa yoluxma hallarının artmasıdır.
Eyni zamanda başqa, bu virusa yoluxma halları qeydə alınan ərazilərdən gələn nəqliyyat vasitələri, konteynerlər və mallar Çin gömrüyündə dezinfeksiya olunacaq.

KARUSEL / DÜNYA
Tarix: 16-08-2024, 18:12