20-31 mart tarixlərində təcili tibbi yardım xidmətinə 52 mindən çox müraciət daxil olub

Bayramlarla əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 31.03.2025-ci il tarixlərində 24 523 çağırış daxil olub. Bu çağırışlardan 2 268 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Reportyor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 27 981 çağırış daxil olub. 2 695 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Bakı şəhəri üzrə ən çox müraciət 31.03.2025-ci il tarixində qeydə alınıb.
Belə ki, müraciət sayı 2 274, hospitalizasiya olunanların sayı 217 nəfər təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 1-04-2025, 15:07