Bu tarixlərdə təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub

Reportyor.az bildirir ki, 58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 min 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Daha çox müraciət martın 21-22-də qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 min 159, hospitalizasiya olunanların sayı 191, martın 22-də isə müraciət sayı 2 min134, hospital olunanların sayı 199 təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 27-03-2025, 18:04