Venesuela parlamenti Rusiya ilə imzalanan hərbi müqaviləni etibarsız sayıb
Venesuela Milli Assambleyası Rusiya ilə imzalanan yeni hərbi müqaviləni etibarsız sayıb.“Report” RT-yə istinadən xəbər verir ki, “Twitter”-də dərc olunan sənədin mətnində deyilir ki, bu razılaşmaya nə xarici siyasət, suverenlik və inteqrasiya komissiyası tərəfindən, nə də parlament tərəfindən baxılmayıb.Qeyd olunur ki, “Venesuela və Rusiya hökumətləri arasında hərbi əməkdaşlıq haqqında saziş”i Rusiyanın Müdafiə naziri Serqey Şoyqu ilə Venesuelanı Medafiə naziri Vladimir Padrino imzalayıb. /report.az/
SİYASƏT / DÜNYA
Tarix: 27-08-2019, 08:12