mobil versiya

Qazaxıstanda qırıcı təyyarə qəzaya uğrayıb, pilot yaralanıb


Qazaxıstanda qırıcı təyyarə qəzaya uğrayıb, pilot yaralanıb

Qazaxıstanın Karaqanda vilayətində “Su-30SM” qırıcısının qəzaya uğraması nəticəsində pilotlardan biri yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi aprelin 17-də jurnalistlərə bildirib.

Məlumata görə, pilotlardan birinin onurğasının döş qəfəsi hissəsi sınıb. Pilotların hər ikisi həkim nəzarəti altındadır.
Qəzanın səbəbi araşdırılır.

SON XƏBƏR / DÜNYA
Tarix: 17-04-2021, 16:34