mobil versiya

Sabah Putinlə Lukaşenko arasında görüş olacaq


Sabah Putinlə Lukaşenko arasında görüş olacaq

Aprelin 22-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüş olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Dövlət başçıları iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda görüşdə Rusiya-Belarus İttifaqı dövlətinə dair məsələlərin nəzərdən keçiriləcəyi gözlənilir.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 21-04-2021, 17:53