mobil versiya

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutulub - RƏSMİ




Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Bu barədə REPORTYOR.AZ-A Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
SON XƏBƏR / KARUSEL
Tarix: 22-08-2021, 13:45