mobil versiya

Azərbaycanda əhalinin gəlirləri bu qədər artacaq - PROQNOZ




2022-2025-ci illər ərzində əhalinin gəlirlərinin orta illik real artım tempi 4 faiz ətrafında proqnozlaşdırılır.

REPORTYOR.AZ "Report"a istinadən xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, buna orta müddətli dövrdə qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın bərpası, özəl sektorda yeni iş yerlərinin yaradılması, əmək bazarının kölgədən çıxarılması siyasətinin davam etdirilməsi nəticəsində nail olunacaq.
SON XƏBƏR / KARUSEL
Tarix: 5-11-2021, 17:03