KİV: İlham Əliyev və Paşinyan arasında daha bir görüş keçirilə bilər
Brüssel görüşü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bu il keçirilən son görüş olmaya bilər.
REPORTYOR.AZ "Oxu.az"-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri XİN-dəki mənbələrinə istinadən məlumat yayıb.
Azərbaycan və Ermənistan liderləri bu il növbəti dəfə Rusiyada görüşə bilərlər.
“Əgər bu görüş baş tutarsa, çox güman ki, ümumiləşdirici xarakter daşıyacaq. İlkin məlumata görə, yeni görüş geniş tərkibdə keçiriləcək, dövlət başçıları ilə yanaşı iclasda həmçinin üçtərəfli komissiyanın üzvləri – baş nazir müavinləri Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev, həmçinin müdafiə və xarici işlər nazirləri iştirak edəcəklər”, - deyə məlumatda qeyd olunub.
Görüşlə bağlı hələlik bütün detalların razılaşdırılmadığı vurğulanır.
SON XƏBƏR / KARUSEL
Tarix: 21-12-2021, 13:00