mobil versiya

Bakıda eşidilən partlayış səsinin səbəbi məlum olub - YENİLƏNİB+RƏSMİ AÇIQLAMA


Bu gün səhər saatlarında Bakının müxtəlif ərazilərində eşidilən partlayış səsinin səbəbi məlum olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən report-un sorğusuna bildirilib ki, şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı şəhərin bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir.

"Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.


***11:15

Bu gün Bakıda partlayışabənzər səslər eşidilir.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, partlayışabənzər səslərin mənbəyi ilə bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev partlayış səslərinin 20 Yanvar ərazisindən gəldiyini bildirib: “Bu barədə bizə də məlumat gəlib və əməkdaşlarımız hazırda əraziyə gedir. Araşdırıb məlumat verəcəyik”.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 28-12-2021, 11:00