Ölən ərindən danışan Əməkdar artist: "Son dəfə görməyə qoymadılar" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva şəxsi həyatı ilə gündəmə gəlib.
REPORTYOR.AZ xəbər verir ki, aparıcı Zaur Nəbioğlunun "1 dəqiqə" proqramına qonaq olan ifaçı şəhid həyat yoldaşı Zahid Əhmədovdan danışıb. Əri ilə bağlı xatirələrini bölüşən sənətçi həyat yoldaşının son nəfəsində onu görə bilmədiyini deyib:
"Qayınatamgil qoymadılar. Dedilər ki, "Gəlmə, vəziyyəti çox pisdir. İstəmir, sən onu o vəziyyətdə görəsən". Guya həyat yoldaşım deyib ki, "Gəlməsin, məni belə görməsin". Dəhlizdə o yana, bu yana gedirdim. Fikirləşirdim ki, bəlkə, imkan olar, heç olmasa içəri girib onu görərəm. Mənə illər sonra dedilər ki, məni sayıqlayır. Çağırırmış ki, sözüm var, oğlum Rüfəti ona tapşırım. Heç kəs məni çağırmadı. Çox təəssüf ki, onun sözünü, son nəfəsini, istəyini eşidə bilmədim. Buna imkan olmadı".
Xatırladaq ki, sənətçi ötən il Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını ziyarət edib.
SON XƏBƏR / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-01-2022, 16:11