Oqtay Gülalıyev əməliyyata alındı, vəziyyəti ağırdır - VİDEO
Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata götürülüb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı özünün "facebook" səhifəsində yazıb. O bildirib ki, O.Gülalıyevin vəziyyəti kritikdir.
Jurnalist qeyd edib ki, əməliyyat 3 saat davam edəcək.
****
Xəbər verildiyi kimi, dünən axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yolu keçərkən avtomobil vurub.
Əvvəlcə hüquq müdafiəçisinin ağır xəsarət almadığı zənn edilsə də, sonradan məlum olub ki, əslində xəsarətlər ciddidir. O.Gülalıyev 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. Hazırda O.Gülalıyev həkimlərin nəzarətindədir. Hüquq-müdafişəçisinin komada olduğu, süni nəfəs aparatına qoşulduğu bildirilir.
Hadisənin videogörüntüsü yayılıb. Videoda görünür ki, O.Gülalıyev piyada keçidindən yolu arxayın şəkildə keçərkən ağ rəngli avtomobil arxadan gəlib ona çırpılır.
Musavat.com Oqtay Gülalıyevin olduğu iddia edilən videonu təqdim edir. Video sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 30-10-2019, 13:00